ABŞ-la Çin arasında yenidən gərginlik yaranıb

ABŞ-la Çin arasında yenidən gərginlik yaranıb

Çin Tayvanla bağlı status-kvonu dəyişdirmək üçün güc tətbiq etsə, ABŞ və müttəfiqləri müəyyən addımlar atacaq. SİA xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ və müttəfiqlərinin Tayvanla birlikdə hərəkət edəcəyini bildirən Blinken qeyd edib ki, gücdən istifadəni və status-kvonu pozmaq üçün istənilən birtərəfli hərəkəti sülh və təhlükəsizliyə təhdid kimi görəcək bir qrup dövlət var.

Həmin dövlətlərin də bu halda hərəkətə keçəcəyini ifadə edən Blinken bölgədə sülh və sabitliyi təmin etmək üçün tək olmadıqlarını vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə