Mülki hökumət qurmaq mümkün olmayıb

Mülki hökumət qurmaq mümkün olmayıb

General Əbdül Fəttah əl-Burhan Suverenlik Şurasının yeni tərkibini təsdiq edib.

SİA xəbər verir ki, Şuranın hakimiyyətin mülki şəxslərə ötürülməsini tələb edən üzvlərinin hamısı işdən kənarlaşdırılıb.

Qeyd edək ki, ötən ay baş verən dövlət çevrilişindən sonra yaradılmış Suverenlik Şurası hərbçilərdən və mülki şəxslərdən təşkil olunmuşdu. Şura oktyabrın 25-də ölkədə fövqəladə vəziyyət elan etmiş, bütün dövlət qurumlarının fəaliyyəti dayandırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə