Rusiyalı hərbi mütəxəssislər koronavirusa qarşı profilaktika vasitələrinin hazırlandığını, həmçinin dərman bitkiləri və digər təbii materiallar əsasında bioloji aktiv əlavənin (BAA) dövlət qeydiyyatına alındığını elan edib.
SİA Trend-ə istinadən xəbər verir ki, Rusiya SQ Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib ki, 27-ci Elmi Mərkəzdə əsas komponentləri bədənin antiviral müdafiəsini artıran təbii mənşəli maddələr olan bioloji aktiv əlavələrin nümunələri hazırlanmışdır. Noyabrın əvvəlində onların COVID-19-a münasibətdə effektivliyi qiymətləndirildikdən sonra əlavələrindən birinə dövlət qeydiyyatı haqqında şəhadətnamə alınıb.
"Təcrübələrimiz göstərdi ki, “KovBAD” adlı bioloji aktiv qida əlavəsinin istifadəsinin artıq ikinci günündə burun-boğazda virusların miqdarı iki dəfə, 6-cı gün isə 16 dəfə azalıb. Nəticədə, insan orqanizminə təsir də azalır, xəstəlik daha az ağırlaşmalarla davam edir", deyə Kirillov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB