Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin Qldani xəstəxanasına aparlıması anın kadrlarını yayıb. SİA yerli mətbuata istinadla xəbər verir ki, kadrlarda Saakaşvilinin zorla aparıldığı görünür.
Kadrlara əsasən, Saakaşvili ilk öncə zorla təcili tibbi yardım avtomobilindən bir neçə şəxs tərəfindən düşürülür, ardından xəstəxana dəhlizində aparılır və palataya yerləşdirilir.
Daha sonra isə kadrlarda Mixeil Saakaşvilinin palatada cihazlardan birini vuraraq yerə saldığı və həbsxana işçiləri ilə mübahisə etdiyi görüntülənir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB