Minlərlə millətçinin yürüşü keçirilib

Minlərlə millətçinin yürüşü keçirilib

Sağ millətçi hərəkatların təşkil etdiyi ənənəvi yürüş Varşavada Polşanın Müstəqillik Günü münasibətilə keçirilir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, cümə axşamı Polşa müstəqilliyinin bərpasının 103-cü ildönümünü qeyd edir və bu il yürüş “Müstəqillik satılmır” şüarı ilə keçirilir.

Koronavirus pandemiyası və toplantıların qadağan edilməsi, keçən ilki nümayişin baş tutması fonunda Varşava meri Rafał Tşaskovski bunu qadağan edib. Onun qərarını apellyasiya məhkəməsi də qüvvədə saxlayıb. Baş prokuror və ədliyyə naziri Zbiqnev Zebro bu qərardan Ali Məhkəməyə şikayət edib, lakin formal səbəblərdən tarixə iki gün qalmış geri qaytarılıb. Çərşənbə axşamı qərara alınıb ki, bu il yürüş dövlət xarakteri daşısın.

Nə baş nazir Mateuş Moraviecki, nə prezident Anjey Duda, nə də hakim Qanun və Ədalət partiyasının rəhbəri Yaroslav Kaçinski nümayişdə iştirak etmək niyyətində deyillər.

Əvvəlcə təşkilatçıları ənənəvi olaraq “Ümumpolşa gəncləri” və “Milli-radikal düşərgə” millətçi birlikləri olan yürüşün iştirakçıları Roman Dmovski meydanına toplaşıblar. Onlar fişənglərin sədaları altında xiyabanlar ilə gedir, atəşfəşanlıq edir, “Milli Polşaya şöhrət”, “Müstəqil Polşaya şöhrət” şüarlarını səsləndirirlər.

Baş verənlərə hələ də müdaxilə etməyən əhəmiyyətli bir polis qüvvəsi şəhər mərkəzinə cəlb edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə