"Rəngli inqılab"lar oyunu altında talanan Yaxın Şərq

"Rəngli inqılab"lar oyunu altında talanan Yaxın Şərq

Qəribə mənzərə yaranıb, vaxtilə Yaxın Şərq xalqlarını yerindən-yurdundan edənlər indi “cırılmış yaxalarını” kənara çəkməyə çalışırlar. Amma unudurlar ki, vaxtilə həmin xalqların ölkələrinə müxtəlif “rəngli inqilablar” aparmaqla onların yerlərindən edib, tifaqlarını dağıdanlar elə onların özləridir.

Sizi bilmirəm, amma mən hansısa bir demokratık Avropa ölkəsinin, deyək ki, lap elə “demokratiyanın şahı sayılan” ABŞ-ın Yaxın Şərq ölkələrindəki insan hüquqlarının pozulmasına “biganə qalmayıb” guya rəngli inqilab vasitəsilə onların hüquqlarını bərpa etmək istədiyinə inanmıram. Çünki, elə ABŞ başda olmaqla, digər “demokratık” Avropa ölkələri Yaxın Şərqi həmişə “sağmal inək” gözündə görüblər. Və imkan tapan kimi həmən ölkələri talamağa çalışıblar,..elə onların rəngli inqilablar oyunu da belə bir imkan yaratmağa hesablanmışdı.

Heç uzağa getməyək, yadınızda olar, 2003-cü ilin martında ABŞ və onun müttəfiqlərinin İraqa- Səddam Hüseyn rejmini devirmək məqsədi ilə müdaxiləsi. Qeyd edək ki, həmən ərəfədə yaranmış şəraitdən yararlanan ABŞ hökuməti İraqın indi qəbul etmədiyi xalqına məxsus təqribən 200 milyard dollarlıq neftini oğurlamışdı. Əslində, bu dəqiq rəqəm deyil, çünki “demokratiya mücəssəməsi olan amerikanların”, dediyim kimi, “hüququnu qorumaq üçün” top-tüfənglə gəldikləri iraqlıların bundan da artıq sərvətini oğurladıqları istisna deyil.

Başqa bir misal, vaxtilə Liviyanın sərvətinə tamah salan ABŞ başda olmaqla Avropa ölkələri bu gün bu ölkədə ikihakimiyyətlik yartmaqla yerli xalqı pis günə qoydular. Deyim ki, Liviya xalqı gec də olsa, artıq bunu başa düşməyə başlayıb. Amma...

Xatırladaq ki, Liviyanın sabiq rəhbəri Müəmmər Qəddafi dövründə xalq Avropanın əksər demokratik ölkələrindən yaxşı yaşayırdı. Nümunə üçün deyim ki, həmən dövr Liviyadakı həyat tərzi İngiltərədəki həyat tərzindən qat-qat yüksək idi. Ölkədə yeni doğulan uşağın adına bankda hesab açılırdı, yeni evlənənlərə təzə mənzilin orderi vrilirdi və daha nələr...

Amma bu gün 6 milyonluq liviyalı sakin sərgərdan qalıb. Yeni xoş güzəran üçün Avropa ölkələrinin yollarına düşüblər. Amma həmin “demokratik” ölkələrə gedib çatanlar isə insan yerinə qoyulmurlar, hər an bu ölkələrdə olmayan hüquqları pozulur.

Beləliklə, Qərb mətbuatında yer alan məlumata görə, bu gün Avropa İttifaqı rəhbərliyi Avropaya köçmək üçün Belarusdan Polşaya keçməyə çalışanlarla bağlı diplomatik səyləri artırmağa çalışır. Deməli, Avropaya cənubdan girişə sipər çəkildiyini görən Şərqi Asiya ölkələrinin çarəsiz insanları indi də şimaldan Avropaya keçmək istəyirlər. Təbii ki, ac insanların Avropaya gəlişi avropalıları heç çür qane edə bilməz. Ona görə də, onlar hər vəchlə buna mane olurlar. Məsələn, Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel ötən gün İraq səlahiyyətliləri ilə danışaraq Bağdad-Minsk təyyarə uçuşlarının dayandırıldığına nail olduğunu bildirib.

...Nə böyük qəhrəmanlıq. Onu da deyək ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen və müavini Marqaritis Sxinasla yaxınlarda Bağdad, Beyrut, Erbilə danışıqlar üçün gedəcəyi də bildirilir. Yəqin bu nəcib xanım da başqa ”humanist həmkarları” kimi, gedəcəyi ölkə rəhbərlərinə onlardan yerli əhalisini başa salmağı, ağıllı olub avropalıları narahat etməməyi təvəqqe edəcək.

Yeri gəlmişkən, bu arada Almaniyanın Xarici işlər naziri Horst Zeyehofer Avropaya gələn qaçqınların hələlik “qıçlarını sındırmağı” məsləhət görməsə də, amma Avropa İttifaqı ölkələrini siyasi cəhətdən mütəşəkkil miqrasiyanın yaratdığı hibrid təhlükəyə qarşı birləşməyə çağırıb. O hətta qaçqın axınının növbəti dalğasının arxasında “xarici qüvvələr”in dayandığını da istisna etməyib.

Maraqlıdır, görən, o hansı "xarici qüvvə"dir belə?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə