Makrona etiraz edənlər... dəlixanaya

Makrona etiraz edənlər... dəlixanaya

Fransanın Normandiya bölgəsindəki Dieppe qəsəbəsində koronavirusla bağlı canlı yayımda sakinlərdən biri “Makrona istefa” deyə qışqırıb.

Fransa mətbuatında yer alan xəbərə görə, “Makrona istefa” deyən şəxs əvvəlcə polis tərəfindən saxlanılıb, daha sonra prokurorluğun göstərişi ilə psixiatriya xəstəxanasına aparılıb.

Adı açıqlanmayan etirazçının 2015-ci ildə Makron maliyyə naziri olarkən Dieppedəki şirkətinin iflasına görə Makrona qəzəbləndiyi bildirilib.

Qeyd edək ki, Milli Birlik Partiyasının lideri, ifrat sağçı Marin Le Pen “Twitter” hesabında hadisəyə reksiya verib: “İnanılmaz. Bu rejim qorxutmağa davam edir”.

İfrat solçu LFI partiyasının lideri Jan-Luk Melenşon da “məcburi psixiatriya” qərarının qəbuledilməz olduğunu və siyasi rəqibi Le Penin siyasətlərinin də buna təsir etdiyini bildirib

Bu arada Tuluza şəhərində bağçasındakı pankarta “Makronavirus” yazan şəxs polis tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə