Türkiyənin Kanberradakı səfirliyi paytaxtdakı Atatürk abidəsində, Sidney və Melburn Baş Konsulluğunun binalarında, Brisben Fəxri Konsulluğu da Gelibolu Atatürk abidəsində “10 Noyabr Atatürkü yadetmə” mərasimləri təşkil edib. SİA bu barədə türk mətbuatına istinad edir.
Mərasimlərə Kanberra səfiri Korhan Karakoç, Sidney baş konsulu Əli Sevim, Melburn baş konsulu Arif Əsər Torun, Brisbane fəxri baş konsulu Turqut Manlı, səfirlik və konsulluq rəsmiləri ilə yanaşı vətəndaşlar qatılıb. Mərasimlərdə çıxışlardan sonra Qazi Mustafa Kamal Atatürk əbədiyyətə intiqal etdiyi saat 09:05-də bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himninin oxunduğu mərasimlərdə abidələrə əklillər qoyulub, Türkiyə bayraqları dalğalandırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB