Polşa cümə axşamı Belarusla sərhəddə polis əməkdaşlarının sayını 1,2 mindən 2 minədək artıracaq. SİA xəbər verir ki, bu barədə daxili işlər və administrasiya naziri Mariuş Kaminski bildirib.
"Müstəqillik yürüşündə gedərkən unutmayın ki, marşrutu qoruyan polis tədbirdən dərhal sonra şərq sərhədimizə yola düşəcək. Profilaktika bölmələrindən 700 polis və 100 antiterrorçu artıq Sərhəd Mühafizəsinə dəstək verən 1200 polis həmkarına qoşulacaq", deyə Kaminski Twitter-də yazıb.
Xatırladaq ki, çümə axşamı, Polşanın Müstəqillik Günündə Varşavada sağçı və millətçi təşkilatların təşkil etdiyi genişmiqyaslı küçə yürüşü keçiriləcək. Hər il bu hadisə polislə toqquşma olmadan tamamlanmır. Bir qədər əvvəl isə məlum olub ki, Belarusla sərhədi 1,2 min sərhədçidən əlavə Polşa ordusunun 15 min əsgəri qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB