Əsrin sonuna qədər istilik 2.4 dərəcə artacaq...

Əsrin sonuna qədər istilik 2.4 dərəcə artacaq...

Bu gün alimilərin fikrincə qlobal istiləşmənin qarşısını almaq üçün ən real üsullardan biri də atmosferdən parnik qazlarının sovrulmasıdır. Yəni bunun üçün dünyanın bir çox böyük şirkət və ölkələri əl-ələ verib bu istiqamətdə işləməlidirlər. İşləyirlərmi, təbii ki, yox. Görülən işlər isə, yəni atmosferdən parnik qazlarının çıxarılmasına olan cəhdlər çox cüzi nəzərə çarpır.

Maraqlıdır ki, artıq alimlər, istisnasız olaraq, əsrin sonuna qədər istiliyin 2.4 dərəcəyə qədər arta biləcəyini bildirirlər. Əslində, bununla bağlı həyacan təbili çalmaqdan da keçib. Çünki, dediyimiz kimi, alimlər bunun baş verəcəyinə artıq əminliklərini belə gizlətmirlər.

Qeyd olunur ki, bu səviyyədə artım nəzərdə tutulan 1,5 dərəcə artımdan xeyli yuxarıda olduğu üçün fəlakətlərə səbəb ola bilər.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Qlazqo şəhərində keçirilən 26-cı Tərəflər Konfransında hökumətlərin karbonun azaldılması ilə bağlı öhdəliklərinə baxmayaraq, Yer kürəsinin Paris İqlim Sazişində müəyyənləşdirilən nisbətdən daha çox istiləşəcəyi proqnozlaşdırılır. Qlazqoda nəşr olunan araşdırmada ölkələr tərəfindən qoyulan qısamüddətli hədəflərə görə, bu əsrin sonuna qədər temperatur artımı 2,4 dərəcə olacaq. Bu da BMT-nin İqlim Dəyişikliyi Konfransı danışıqlarında proqnozlaşdırılan 1,5 dərəcə həddi ötəcəyi mənasını verir. Bu səviyyənin artması, təbii ki, dəniz səviyyəsinin qalxmasına, quraqlığa, daşqınlara, istilik dalğalarına və daha nə bilim bundan da şiddətli tufanlara səbəb ola bilər.

Xatırladaq ki, Paris İqlim Sazişi ilə ölkələr qlobal temperatur artımını Selsi üzrə 2 dərəcədən “çox aşağı” olacaq nisbətdə məhdudlaşdırmağı vəd ediblər.

...Əsil, “nəynən, ay Alış?” soruşmağın məqamıdır.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə