Yaponiyada sistemə dezinfeksiyaedici maddə qarışdıraraq 3 nəfər yaşlı xəstəni zəhərləyib öldürən 34 yaşlı tibb bacısı Kuboki Ayumi ömürlük həbs cəzasına məhkum edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiyadakı tibb bacısının cəzası məlum olub. Xəstəxanada 3 qocanı serumlarına dezinfeksiyaedici qataraq öldürən tibb bacısı Kuboki Ayuminin işi üzrə hökm elan edilib. Yokohama Rayon Məhkəməsində keçirilən iclasda söz verilən Kuboki ona qarşı irəli sürülən ittihamları qəbul etdiyini açıqlayıb.
Prokurorlar ölüm cəzası tətbiq etmək istəsələr də, vəkili "o vaxt Kubokinin psixi vəziyyətinin pis olduğunu" əsas gətirərək ömürlük həbs cəzası istəyib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB