Meksikanın Çiapas ştatının Palenke rayonunda iki mikroavtobusun toqquşması nəticəsində 12 nəfər ölüb.
SİA-nın məlumatına görə, bu barədə bölgənin prokurorluğu xəbər verib.
Məlumatda qeyd olunub: "Nəzərinizə çatdırırıq ki, 12 nəfər ölüb, Honduras vətəndaşı olan daha üç nəfər yaralanıb".
Ağır yanıq xəsarətləri alan uşaq da daxil olmaqla əcnəbilər Palenke xəstəxanalarından birinə aparılıb və onlara yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB