ABŞ Gürcüstanı Saakaşvilini bütün lazımi tibbi yardımla təmin etməyə çağırır
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib ki, Gürcüstan hakimiyyəti həbsdə olan ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə təcili olaraq bütün lazımi tibbi yardımı göstərməlidir. "Biz Gürcüstan hökumətini cənab Saakaşvilinin psixoloji və tibbi yardıma təcili ehtiyaclarını ödəmək üçün təcili addımlar atmağa çağırırıq". Qeyd edək ki, TASS bu fikirləri mətbuat xidmətinin rəhbərinin sözlərindən sitat kimi gətirib.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gün o, aclıq aksiyasına başlayıb. Saxlanılmasına münasibət bildirən eks-dövlət başçısı qeyd edib ki, ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB