Gürcü səfir Ukrayna XİN-ə çağırıldı

Gürcü səfir Ukrayna XİN-ə çağırıldı

Gürcüstanın Kiyevdəki səfiri Georgi Zakaraşvili eks-prezident Mixail Saakaşvili ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna XİN məlumat yayıb.

Bildirilir ki, səfirlə Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitsko danışıqlar aparıb:

“Həmsöhbətlər Ukrayna vətəndaşı Mixail Saakaşvili ilə bağlı vəziyyətə xüsusi diqqət yetiriblər. Gürcüstan səfiri xüsusilə onun Qldanidəki penitensiar tibb müəssisəsinə köçürülməsinin şərtləri barədə ətraflı məlumat verib. Nazir müavini Ukrayna XİN-in Gürcüstana nota verməsi ilə bağlı dünənki hadisəyə diqqət çəkib və Gürcüstan tərəfinin notaya müsbət istiqamətdə baxacağına ümid ifadə olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə