Dekabrın 1-dən Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq ediləcək. Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib. Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən “Covid-19” pasportu tətbiq ediləcək. SİA bu barədə türk mətbuatına istinad edir.
“Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.
İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.
Hökumət başçısı deyib ki, “Covid-19” pasportunun tələbləri 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil olunacaq.
“Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız qonaqlara aid ediləcək”, – deyə İ.Qaribaşvili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB