Polşa-Belarus və Litva-Belarus sərhədində yaranmış böhranla əlaqədar olaraq, Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə katibi, Vatikan Xarici İşlər Nazirliyinin rəhbəri arxiyepiskop Pol Riçard Qallaxer Avropa hakimiyyətini problemlərlə, miqrantlar və qaçqınlarla bağlı məsuliyyəti öz üzərinə götürməyə çağırıb. SİA xəbər verir ki, bu sözləri Pol Riçard Qallaxer Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında söyləyib.
“İndi biz Polşa-Belarus və Litva-Belarus sərhədlərində mövcud böhranı görürük”, deyə Pol Riçard Qallaxer bildirib.
Qallaxer mövqelərini açıq-aşkar bəyan edib.
"Mövqeyimiz ondan ibarətdir ki, biz bütün Avropadakı səlahiyyətliləri miqrantlar və qaçqınlar üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq", deyə o, əlavə edib.
O, Avropadakı səlahiyyətlilərə də çağırış edib.
"Biz bütün tərəfləri məsuliyyəti qəbul etməyə və çox ciddi humanitar böhranı həll etməyə çağırırıq", deyə Qallaxer çağırış edib.
Xatırladaq ki, bazar ertəsi Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir qaçqın qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Axşam departament bildirib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır və iki mindən çox qaçqın, o cümlədən xeyli sayda qadın və uşaq sərhəddəki Polşa maneələrinin qarşısında dayanıb. Polşa təhlükəsizlik qüvvələri onları buraxmır, miqrantlar isə maneələri aşmağa cəhd edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB