Kürd problemi “alovlana bilər” ABŞ SİYASƏTİNƏ GÖRƏ

Kürd problemi “alovlana bilər” ABŞ SİYASƏTİNƏ GÖRƏ

Suriyada separatçı meylləri ABŞ-ın qidalandırması səbəbindən kürd problemi bütün Yaxın Şərqdə “alovlana biləcək”. SİA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında söyləyib.

“Mən kürdlərə məsləhət görərdim ki, amerikalı həmkarlarımızın onlarla münasibətlərdə davam etdirdikləri oyunbazlıqlara uymasınlar... Bu iş Suriya Ərəb Respublikasının şərqində separatizm meyllərini qızışdırmağa aparır və bu planları ciddi qıcıqlandırmağa çalışırlar. Bütün bunlar hamısı vahid Suriya dövlətinin qorunub saxlanması maraqlarına qarşı yönəlib... Kürd probleminin ölçüsünün təkcə Suriyanı deyil, digər ölkələri də əhatə etdiyini nəzərə alsaq, deyə bilərik ki, bunlar təhlükəli oyunlardır və kürd probleminin bütün regionda çox ciddi alovlanmasına səbəb ola bilər”, deyə Lavrov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə