Sərhəddə vəziyyət sakitləşəcək 11 NOYABRADƏK

Sərhəddə vəziyyət sakitləşəcək 11 NOYABRADƏK

Polşa Daxili İşlər Nazirliyi ümid edir ki, Belarus sərhəddində vəziyyət noyabrın 11-dək sakitləşəcək, lakin prezident Aleksandr Lukaşenkonun növbəti “sürprizlərinə” hazırdır. SİA xəbər verir ki, bu sözləri Polşa daxili işlər nazirinin müavini Maçey Vonşik söyləyib.

“Ümid edirəm ki, Müstəqillik Gününə qədər, 11 noyabradək vəziyyət sakitləşəcək, baxmayaraq ki, biz Belarus Prezidenti Aleksandr Lukaşenkonun Polşa üçün növbəti sürprizlər hazırladığından da xəbərdarıq və onlar üçün də hazır olacağıq", deyib Vonşik.

Qeyd edək ki, bazar ertəsi Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir qaçqın qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Axşam departament bildirib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır və iki mindən çox qaçqın, o cümlədən xeyli sayda qadın və uşaq sərhəddəki Polşa maneələrinin qarşısında dayanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə