Litva hökuməti Yaxın Şərqdən qeyri-qanuni miqrant axını ilə əlaqədar Belarusla sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqinə çağırış edib. SİA xəbər verir ki, bu barədə Litvanın LRT milli radio və televiziyasının nəşri məlumat yayıb.
“Çərşənbə axşamı səhər hökumət Daxili İşlər Nazirliyinin Litva-Belarus sərhədində fövqəladə vəziyyət elan etmək təklifini bəyənib”, deyə LRT nəşri yazır.
Qeyd olunur ki, indi parlament bu məsələyə səs verməli olacaq.
Nəşr Litvanın daxili işlər naziri Aqne Bilotaite-dən sitat gətirir. O, hesab edir ki, Litvada sərhəddə təxribatlar və qaçqın axını təhlükəsi də ola bilər.
Bəlli olur ki, Litva bu tərəfi ərəfədə qoşunları Belarusla sərhədə yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Xatırladaq ki, bazar ertəsi səhər saatlarında Belarusun Dövlət Sərhəd Komitəsi Şərqi və Afrika ölkələrindən olan böyük bir qaçqın qrupunun Belarusun Polşa ilə sərhədinə doğru getdiyini bildirib. Axşam saatlarında departamentdən bildirilib ki, vəziyyət son dərəcə gərgin olaraq qalır və sərhəddəki Polşa maneələrinin qarşısında qadın və uşaqlar da daxil olmaqla iki mindən çox qaçqın var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB