Lukaşenkoya qarşı “cəhənnəm sanksiyaları” POROŞENKODAN ÇAĞIRIŞ

Lukaşenkoya qarşı “cəhənnəm sanksiyaları” POROŞENKODAN ÇAĞIRIŞ

Ukraynanın keçmiş lideri Pyotr Poroşenko bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Aİ ölkələrinin sərhədlərində miqrasiya böhranına görə günahkardır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, o, Belarus liderinə qarşı “cəhənnəm sanksiyalarının” tətbiqini zəruri hesab edir.

“Biz Lukaşenko və Putindən ilhamlanan rüsvayçı miqrasiya işğalına qarşı çıxan dost Polşa və Litvaya səmimi həmrəyliyimizi və dəstəyimizi bildiririk... Mən beynəlxalq ictimaiyyəti humanitar faciənin qarşısını almaq və cəzalandırmaq üçün fəal hərəkət etməyə çağırıram”, deyə Poroşenko bildirib.

Qeyd edək ki, son aylar Litva, Polşa və Latviya Belarusla sərhəddə qanunsuz miqrantların sayının dəfələrlə artdığını bildiriblər.

Onu da diqqətə çatdıraq ki, sentyabrın əvvəlində Polşa prezidenti Anjey Duda Şimali Afrika və Yaxın Şərqdən tutulan qeyri-qanuni mühacirlərin sayının artması ilə əlaqədar qonşu respublika ilə sərhəddə fövqəladə rejim tətbiq edilməsi barədə göstəriş verib. Oxşar addımlar Litva və Latviyanın hakimiyyət orqanları tərəfindən atılıb. Nəticədə Polşa-Belarus sərhədində müvəqqəti tikanlı məftillər yaranıb.

Xatırladaq ki, bazar ertəsi, noyabrın 8-də Belarusda Yaxın Şərq və Şimali Afrikadan olan mindən çox qaçqın Aİ-yə daxil olmaq üçün Polşa sərhədinə gəlib. Varşavada hücum cəhdi “kütləvi qüvvənin nüfuzu” kimi qiymətləndirilib və sərhəd təhlükəsizliyi gücləndirilib. Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərbin Minskə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bu ölkənin Avropaya miqrant axınının qarşısını almaq üçün artıq “nə pulu, nə də gücü” var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə