ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən “Astroworld” festivalında baş verən izdihamda 8 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı üçün məşhur amerikalı reper Travis Scott və kanadalı reper Dreyk haqqında təzminat davası açılıb. SİA xarici mətbuata istiadən bildirir ki, konsertdə yaralanan bir nəfər şəxs Scott və Dreyki kütləni qızışdırmaqda günahlandırıb və 1 milyon dollar təzminat istəyib.
23 yaşlı Kristian Paredesin açdığı davada, Scott və Dreyk "iğtişaşlar və zorakılığa təhrik etməkdə" günahlandırılıb, məkan və əyləncə şirkəti “Live Nation”ın isə ilkin tibbi yardım göstərmədiyi iddia edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB