Koalisiya qüvvələri 138 qiyamçını məhv edib

Koalisiya qüvvələri 138 qiyamçını məhv edib

Koalisiya qüvvələri Yəməndə keçirilmiş hava əməliyyatları barədə məlumat yayıb.

SİA-nın xəbərinə görə, məlumatda bildirilir ki, reydlər ölkənin şimalında keçirilib.

Hava zərbələri nəticəsində 17 avtomobil və 138 husi qiyamçısı məhv edilib. Onların neftlə zəngin Marib regionuna irəliləməsinin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə