Maliyyə naziri koronavirusa yoluxub

Maliyyə naziri koronavirusa yoluxub

Xorvatiyanın baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariçin koronavirus testi müsbət olub.

Bu barədə hökumətin yaydığı məlumatda deyilir.

Maliyyə Nazirliyinin rəhbəri özünü yaxşı hiss edir, onda koronavirus simptomları yoxdur. Mariçə 10 günlük təcrid təyin olunub, vəzifələrini evdən yerinə yetirəcək.

Xorvatiyada epidemik vəziyyət peyvəndlərin aşağı səviyyədə olması səbəbindən pisləşməkdə davam edir. Yetkinlərin 57,46%-i (bütün ölkə vətəndaşlarının 48,02%-i) birinci mərhələ üzrə vaksinasiya olunub. Yetkinlərin 53,81%-i ikinci mərhələ üzrə vaksinasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə