"Mənə hücum təşkil edəni tanıyıram"

İraqın Baş naziri sui-qəsd cəhdinə münasibət bildirib
"Mənə hücum təşkil  edəni tanıyıram"

İraqın Baş naziri ona qarşı törədilən sui-qəsd cəhdinə münasibət bildirib.

SİA-nın xəbərinə görə Baş nazir Mustafa əl-Kazımi deyib ki, hücumu təşkil edənin kim olması barədə məlumatlıdır.

Qeyd edək ki, ötən gün İraqın Baş nazirinə dronla hücum olub. Təhlükəsizlik mənbələrinin məlumatına görə mühafizəçilər 2 dronu zərərsizləşdirsə də, üçüncü dron partlayıb. Mühafizəçilər xəsarət alsalar da, Baş naziri təhlükəli ərazidən uzaqlaşdıra biliblər.

Hökumət başçısına sui-qəsd cəhdini başda ABŞ prezidenti Co Bayden olmaqla bir çox dövlət və hökumət başçısı pisləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə