Serjikin anası Nora Sarqsyan 92 yaşında ölüb

...dəfn Xankəndidə olacaq
Serjikin anası Nora Sarqsyan 92 yaşında ölüb

Ermənistanın sabiq prezidenti Serjik Sarqsyanın anası Nora Vahanovna Sarqsyan 92 yaşında vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Sarqsyanın ofisi rəsmi“Facebook” səhifəsində məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Nora Vaanovna noyabrın 7-də dünyasını dəyişib. Onunla vida mərasimi noyabrın 8-də keçiriləcək. Nora Sarqsyan noyabrın 9-da Xankəndidəki Müqəddəs Akop kilsəsində dəfn ediləcək.

Facebook səhifəsində hərbi formada olan Serj Sarqsyanın anası ilə birgə çəkdirdiyi foto da yer alıb.

Xatırladaq ki Ermənistanın 3-cü prezidenti (9 aprel 2008–9 aprel 2018) Serj Azad(oviç) oğlu Sarqsyan 30 iyun 1954-cü ildə Xankəndidə anadan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə