Prezident və parlament seçkiləri BAŞLADI

Prezident və parlament seçkiləri BAŞLADI

Nikaraquada seçki məntəqələri səsvermə üçün açılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 4 milyondan çox vətəndaş növbəti beş il üçün ölkə prezidentini və parlamentini seçəcək.

Seçkilərin keçirilməsi üçün bu ölkədə 3106 səsvermə mərkəzi və 13459 seçki məntəqəsi cəlb olunub. Onların maddi-texniki təchizatı ordu və Milli Polis tərəfindən təmin edilir, məntəqələrdə təhlükəsizlik isə xüsusi olaraq Seçki Polisinə cəlb edilmiş vətəndaşlar tərəfindən təmin edilir.

76 yaşlı prezident Daniel Orteqa öz vəzifəsində ardıcıl dördüncü və bütün siyasi karyerasında beşinci dəfə prezident seçkilərində qalib gəlmək istəyir. Prezidentin həyat yoldaşı, Nikaraquada vitse-prezident olan Rosario Murillo ikinci dəfə seçiləcək.

Xatırladaq ki, parlament deputatlarının seçkilərində isə 10 milli və altı regional partiya iştirak edəcək. Seçkiləri izləmək üçün Amerika, Avropa, Asiya və Afrikadan 250-yə yaxın beynəlxalq müşahidəçi və xarici KİV-dən 40 jurnalist, o cümlədən Rusiya və Abxaziya nümayəndə heyətləri bu ölkəyə gəlib.

Birinci turun qalibləri 45% və ya 35% səs toplayan prezidentliyə və vitse-prezidentliyə namizəd ola bilər. İnauqurasiya yeni parlamentin fəaliyyətə başlamasının ertəsi, yanvarın 10-na təyin edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə