Bu gün Nikaraquada seçkiləri keçiriləcək

Bu gün Nikaraquada seçkiləri keçiriləcək

Bu gün Nikaraquada keçiriləcək prezident və parlament seçkilərində iştirak etmək üçün 4,5 milyondan çox insan dəvət olunub.

Onlar prezidenti və vitse-prezident, birpalatalı Milli Assambleyanı və Mərkəzi Amerika parlamentinin deputatlarını seçəcəklər.

Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq və koronavirusa yoluxma hallarının qarşısının alınması üçün tədbirlərə ciddi riayət olunmaqla keçiriləcək. Hakimiyyət xalqın iradə ifadəsinin təhlükəsizliyini təmin etmək üçün təxminən 15 min hərbçidən istifadə edəcək, səsvermələrin gedişini 200-dən çox xarici müşahidəçi izləyəcək.

Seçkilər saat 18:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 04:00) başa çatacaq. Seçilmiş prezident gələn il yanvarın 10-da beş illik səlahiyyətlərinin icrasına başlayacaq.

Oktyabrın ortalarında keçirilən sorğuya əsasən, seçicilərin təxminən 75%-i beşinci müddətə namizədliyini irəli sürən hazırkı Prezident Daniel Orteqanı və onun namizədliyini irəli sürmüş Sandinist Milli Azadlıq Cəbhəsi Partiyasını dəstəkləmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə