Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Renn şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.
Bu barədə “Ouest-France” qəzeti məlumat yayıb.
Nümayiş iştirakçıları iqlim dəyişikliyi problemi ilə bağlı tədbirlərin görülməsi tələbləri ilə çıxış ediblər.
“Hüquq-mühafizə orqanları xəbərdarlıqdan sonra fəalları gözyaşardıcı qaz və şırnaqdan istifadə edərək dağıtmağa çalışıblar”, – qəzetin saytında deyilir.
Nümayişdə 1,2 min nəfər iştirak edib. Yürüşə antifaşistlər və “sarı jiletlilər” də qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə