Nigeriyada terrorçuluğunu yayılması və silahlı dəstələrin fəallığı fonunda azı 11 milyon insanın təcili humanitar yardıma ehtiyacı var.
Bunu BMT-nin Nigeriyadakı humanitar əməliyyatlarının koordinatoru Edvard Kallon deyib.
Kallon xatırladıb ki, Nigeriya terror təhlükəsi baxımından Əfqanıstan və İraqdan sonra dünyada üçüncü yerdədir.
“Nigeriyanın müxtəlif bölgələri terror təhdidləri ilə üz-üzədir. Fermer tayfalarının qarşıdurması və “Boko Haram” silahlılarının fəaliyyəti nəticəsində yüz minlərlə sakini məcburi köçkün vəziyyətinə düşüb”, – deyə BMT koordinatoru qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB