Prezidentinə sui-qəsdin təşkilatçısı saxlanılıb

Prezidentinə sui-qəsdin təşkilatçısı saxlanılıb

Kolumbiya polisi prezident İvan Dukeyə sui-qəsdin təşkilatçısını saxlayıb.

SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dieqo Molano öz Twitter səhifəsində yazıb.

"Biz onun izinə düşdük və onu saxladıq. O, iyunun 25-də Kukutada prezident İvan Dukenin helikopterinə terror hücumunun təşkil etməkdə şübhəli bilinir. Bu gün o, xüsusi əməliyyat nəticəsində yaxalanıb", - deyə nazir bildirib.

Kolumbiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Aurelio ləqəbli şəxs 25 iyun 2021-ci ildə İvan Dukeyə hücuma görə məsuliyyəti öz üzərinə götürən Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə