Mərakeş Krallığının paytaxtı - Rabat şəhəri 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq.
SİA xəbər verir ki, bunu Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Salem bin Məhəmməd əl-Malik Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri Məhəmməd Mehdi Bensaid ilə görüşündə deyib.
Baş direktor bildirib ki, Rabatın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi qarşıya böyük vəzifə qoyur. O qeyd edib ki, təşkilatın mənzil qərargahı elə bu şəhərdə yerləşir.
Mərakeşli nazir öz növbəsində bildirib ki, bu qərar pospandemiya dövründə yerli və milli səviyyədə mədəni canlanmaya töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB