Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Ankara Musiqi və Vizual İncəsənətlər Universitetinin 2021-2022-ci tədris ilinin açılış mərasimində iştirak edib. SİA bu barədə türk mətbuatına istinad edir.
Mərasimdən sonra jurnalistlərin gündəmə dair mövzularla əlaqəli ünvanladıqları sualları cavablandıran İ.Kalın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 Sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə bir araya gəldiyini xatırladaraq deyib: “Cənab Ərdoğan ABŞ prezidenti Bayden ilə məhsuldar, gözəl və konstruktiv görüş keçirdi. Bu həm uzunmüddətli, həm də məzmunca son dərəcə səmərəli oldu. İki lider danışıq zamanı Türkiyə-Amerika münasibətlərinin düzgün strateji rejimə qovuşdurmaq mövzusunda razılığa gəldi. Bunu regional ikitərəfli məsələlərdə əks etdirəcək mexanizm yaradılması mövzusunda qərara gəlindi. Sözmövzusu mexanizm Xarici İşlər Nazirliyimizin koordinasiyası ilə ən qısa zamanda yaradılacaq. Bizə verilən tapşırıqlar çərçivəsində işimizi davam etdirəcəyik”.
Əfqanıstan, Şərqi Aralıq dənizi, Suriya, Qafqaz, Liviya kimi hazırda dünya siyasətinə birbaşa təsir edən bütün geosiyasi problemlərdə Türkiyənin olduğunu ifadə edən Kalın, bu problemlərin həlli ilə əlaqəli izlənəsi siyasi yol müəyyənləşdirmək və planlar hazırlamaq Türkiyə olmazdan mümkün deyil -deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB