Yoldan keçənləri hədələyən şəxs güllələnib - POLİS TƏRƏFİNDƏN

Yoldan keçənləri hədələyən şəxs güllələnib - POLİS TƏRƏFİNDƏN

Madriddə polis yoldan keçənləri mətbəx bıçağı ilə hədələyən və polis əməkdaşına hücum edən şəxsi güllələyib. SİA xəbər verir ki, bu barədə “COPE” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, hücum edən şəxs 35 yaşlı evsiz miqrantdır və o əvvəllər dəfələrlə mühakimə olunub.

Hadisə Villyaverde bölgəsindəki tibb mərkəzinin yaxınlığında baş verib. Tibb mərkəzinin əməkdaşları mərkəzi bağlayıb və polisə müraciət ediblər. Polis patrulu hadisə yerinə gəldikdən sonra həmin şəxs qolundan yaralanan asayiş keşikçisinə hücum edib.

Bildirilir ki, yoldan keçənlər arasında xəsarət alan yoxdur. Polis terror aktı versiyasını təkzib edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə