Gürcüstanda ötən sutkada koronavirusa 5 340 yeni yoluxma faktı qeydı alınıb, 3 631 nəfər müalicə olunaraq sağalıb, 62 nəfər vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 743 511 nəfərdə aşkarlanıb. Onların 681 919-u sağalıb, 10 300-ü dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB