100 dollar istəyirsən,.. onda peyvəndlən!

Nyu-York meri koronavirusa qarşı peyvəndlənən uşaqlara 100 dollar təklif edib
100 dollar istəyirsən,.. onda peyvəndlən!

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün “Twitter” səhifəsində yazıb.

“Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir”, - deyə Bill de Blazio bildirib.

Bir müddət öncə tibbi tənzimləyicilər FDA və CDC 5-11 yaşlı uşaqları vaksinasiyadan keçirmək üçün “Pfizer” peyvəndinin istifadəsinə icazə verib. Uşaqlar arasında ağırlaşmalar və ölüm hallarına nadir hallarda rast gəlinsə də, COVID-19 infeksiyasına yoluxmaların təxminən dörddə birini azyaşlılar təşkil edir.

Hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə