“Açıq Balkan” təşəbbüsü üzrə görüş

“Açıq Balkan” təşəbbüsü üzrə görüş

Serbiyanın paytaxtı Belqradda “Açıq Balkan” təşəbbüsü çərçivəsində növbəti toplantı keçirilib.

SİA xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç, Albaniyanın Baş naziri Edi Rama və Şimali Makedoniyanın Baş nazirinin müavini Nikola Dimitrovun iştirak etdiyi toplantıda təşəbbüsə qoşulmayan Bosniya və Herseqovina, Kosovo və Monteneqro yenidən “Açıq Balkan” layihəsində iştiraka dəvət olunub.

Serbiya Prezidenti görüşdən sonra keçirilən mətbuat konfransında təşəbbüs çərçivəsində razılaşdırılmış məsələlərin həyata keçirilməsi üçün şuranın yaradılması barədə qərar qəbul etdiklərini açıqlayıb.

Qeyd edək ki, 2019-cu il oktyabrın 10-da Serbiya, Albaniya və Şimali Makedoniya tərəfindən irəli sürülən və “Kiçik Şengen” adı verilən “Açıq Balkan” təşəbbüsü hər üç ölkə arasında insanların, məhsulların və investisiyaların asan mübadiləsini nəzərdə tutur.

Avropa İttifaqı və ABŞ-ın dəstəklədiyi təşəbbüs çərçivəsində 2023-cü il yanvarın 1-dən etibarən bu üç ölkə arasında sərhəd-keçid məntəqələrinin ləğv edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə