Almaniyada 2020-ci ildə 40 minə yaxın insan koronavirusdan dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Ötən il koronavirusun yaratdığı xəstəlik Almaniyada 39 758 nəfərin ölümünə səbəb olub ki, bu da ümumi ölüm sayının 4%-ni təşkil edir.

Almaniyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı sutka ərzində 33 949 nəfər artıb ki, bu da pandemiya zamanı ən yüksək göstərici olub.

Bütün xəbərlər Facebook səhifəmizdə