“Yollar açılsa, iqtisadiyyatımız... artacaq”

“Yollar açılsa, iqtisadiyyatımız... artacaq”

"Kommunikasiyaların blokdan çıxarılması nəticəsində Ermənistan iqtisadiyyatı qısa müddətdə 30 faiz artacaq”.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Dünya Bankının bir qədər köhnəlmiş olsa da, bu mövzuda araşdırmaları var.

Kerobyan bildirib ki, bu məsələ yalnız Ermənistanın deyil, digər ölkələrin də mənfəəti baxımından öyrəniləcək və bu da danışıqlar prosesində mühüm arqumentə çevriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə