"Yunanıstan Türkiyə ilə dialoq istəyir"

Yunanıstanın xarici işlər naziri Nikos Dendias ölkəsinin Türkiyə və türk cəmiyyəti ilə konstruktiv dialoq istədiyini bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Nikos Dendias Afinada səfərdə olan sloveniyalı həmkarı Anze Loqar ilə görüşdükdən sonra təşkil olunan birgə mətbuat konfransında bu barədə danışıb. Şərqi Aralıq dənizi və Türkiyədə cərəyan edən proseslər başda olmaqla,Yunanıstan və Sloveniya münasibətlərinə toxunan nazir Dendias, Yunanıstanın Türkiyə və Türk xalqına qarşı heç bir gizli niyyətinin olmadığını, türk cəmiyyəti ilə dialoq yaradmaq istədiklərini vurğulayıb. Türkiyə cəmiyyətinin böyük bir hissəsinin hələ də Avropaya inteqrasiya və fərqli bir prosesə dair ümidlərinin davam etdiyinə inandığını bildirib. Ölkəsinin konstruktiv mövqe tutduğunu iddia edən Dendias, Avropa İttifaqının, alyansa üzv olmaq və ya yaxşı əlaqələr yaradmaq istəyən ölkələrə beynəlxalq hüquq və Avropa normlarına hörmət göstərmələrinin vacibliyi barədə konkret mesaj ünvanlamalı olduğunu sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə