Rusiyada miqrantların genom qeydiyyatı

Statistikaya görə, 2021-ci ilin ilk yarımilində Rusiyada əcnəbilərin törətdikləri 19 minə yaxın cinayət araşdırılıb

"Rusiyada miqrantların genom qeydiyyatı həyata keçiriləcək", bu təkliflə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin çıxış edib. Onun təklifinə əsasən, əcnəbilərin Rusiyada hüquqi vəziyyəti və dövlət genom qeydiyyatı haqqında qanunlara düzəlişlər ediləcək. SİA bu barədə rus mətbuatına istinad edir.

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, miqrantların genom qeydiyyatı barədə qərar son vaxtlar ölkədə kriminal vəziyyətin ağırlaşması ilə bağlıdır.

Statistikaya görə, 2021-ci ilin ilk yarımilində Rusiyada əcnəbilərin törətdikləri 19 minə yaxın cinayət araşdırılıb.

Dövlət genom qeydiyyatı insanın bioloji materiallarının yığılması, istifadə olunması, saxlanması və məhv edilməsini nəzərdə tutur.

Yeri gəlmişkən bildirim ki, genom bir orqanizmi qurmaq və saxlamaq üçün lazım olan bioloji məlumatları özündə ehtiva edir (A.B.).

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə