Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Milli Birlik Gününü qeyd ediblər. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi cümə axşamı məlumat yayıb.
"Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbçiləri milli bayramı Vətəndən uzaqlarda qeyd ediblər. Hərbçilərin təntənəli formalaşdırılması Xankəndi yaxınlığında sülhməramlılar hərbi şəhərciyin ərazisində keçirilib", deyə məlumatda bildirilir.
Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Gennadi Anaşkin bildirib ki, bu gün sülhməramlıların qarşısında Dağlıq Qarabağda sülhün qorunması üçün mühüm vəzifələr durur və bu, birgə səylərlə həll edilməlidir.
Anaşkin sülhməramlı fəaliyyətdə fərqlənmiş hərbçiləri Rusiya Federasiyası Müdafiə Nazirliyinin idarə nişanları və fərqlənmə nişanları ilə təltif edib, həmçinin sertifikatlar təqdim edib. Hərbi qulluqçular üçün təntənəli hissə başa çatdıqdan sonra yerli özfəaliyyət tamaşalarından ibarət yaradıcı kollektivlərin bayram konserti olub.
Müdafiə Nazirliyi xatırladıb ki, Rusiya sülhməramlı qüvvələrinin 27 müşahidə məntəqəsi Laçın dəhlizində və Dağlıq Qarabağın bütün demarkasiya xətti boyunca yerləşir. Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarəti təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB