Ekoloji fəalların etiraz aksiyası başlayıb QLAZQODA

Şotlandiyanın Qlazqo şəhərində polis əməkdaşlarının düzüldüyü Daxili İşlər Nazirliyinin binası yaxınlığında “Yox olma üsyanı” ekoloji hərəkatının fəalları etiraz aksiyası keçirirlər. SİA xəbər verir ki, bu barədə RİA Novostinin yerli müxbiri məlumat verib.

Məlumatda qeyd olunur ki, 50-dən çox eko-fəal əllərində plakatlar və barabanlarla hökumətin silahlara xərclərin iqlim həlləri üçün xərclərdən çox olmasına icazə verdiyinə etiraz edir.

Xatırladaq ki, bu günlərdə Qlazqoda isveçli ekoloji fəal Qreta Tunberqin iştirak etdiyi COP26 iqlim konfransı keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə