Yerdəki qlobal istiləşmə təbiətdəki su dövriyyəsinə ciddi ziyan vurur və yaxın illərdə dağıdıcı quraqlığa səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə alim Piter Qleyk Yahoo xəbərlərində bildirib.
O qeyd edib ki, temperaturun yüksəlməsi su ehtiyatlarının istehlakını artırır.
"Çənlərimizdəki maye daha tez buxarlanır. Əkinləri suvarmaq üçün daha çox suya ehtiyac yaranır", deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, iqlim tsiklinin dəyişməsi ilə bağlı proqnozlar özünü doğrultmağa başlayır ki, bu prosesin təbiətə təsiri artacaq.
Qleyk siyasətçilərin əvvəllər gözlənilən kataklizmlər barədə çoxdan xəbərdar edən elm adamlarına məhəl qoymamasından şikayətlənib. O, vurğulayıb ki, əgər səlahiyyətlilər daha əvvəl reaksiya versəydilər, ən azı qlobal istiləşmənin təsirlərini yumşaltmaq mümkün olardı.
Xatırladaq ki, mütəxəssislər dəfələrlə temperatur artımının 1,5 - 2 dərəcə Selsi daxilində məhdudlaşdırılmasının vacibliyini qeyd ediblər. Bu məqsədə nail olmaq üçün 2015-ci ilin dekabrında 190-dan çox ölkə Paris İqlim Sazişini imzalayıb. Bu Saziş qlobal istiləşməni azaltmaq üçün fəaliyyət planını müəyyən edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB