Misirdə dövlət qurumları gələn ay yeni paytaxta köçürüləcək
Misir Prezidenti Əbdülfəttah əs-Sisi dekabr ayında hökumətə yeni inzibati paytaxta köçməyi tapşırıb.
Bu barədə ölkə başçısının saytında yerləşdirilən məlumatda deyilir. SİA bu barədə türk mətbuatına istinad edir.
Qərar Əl-Sisi ilə Misirin baş naziri arasında keçirilən görüşdə qəbul edilib.
Qahirə yaxınlığında tikilməkdə olan inzibati paytaxtın hökumət qərargahı və digər dövlət binaları hazırdır. Köçürülmə altı ay ərzində həyata keçiriləcək.
Yeni inzibati paytaxt Qahirədən 45 km aralıda yerləşir və artıq 20 milyondan çox insanın yaşadığı Böyük Qahirənin yükünü yüngülləşdirmək üçün salınıb.
Bura 6,5 milyon nəfər üçün nəzərdə tutulub və bütün nazirliklər, parlament, dövlət qurumları yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB