Merkel vida səfəri üçün Fransaya gedib

Merkel vida səfəri üçün Fransaya gedib

Fransanın şərqindəki Bon şəhərinin sakinləri prezident Emmanuel Makronun dəvəti ilə Almaniya kansleri Angela Merkeli ölkəyə son rəsmi səfəri zamanı onu hərarətlə qarşılayıblar. SİA bu barədə rus mətbuatına istinad edir.

Yelisey sarayının geniş yayılmış video kadrlarından göründüyü kimi, Merkelin qarşısına yüzlərlə şəhər sakini çıxıb.

Fransa liderinin administrasiyası bildirib ki, Makronun şəxsi təşəbbüsü ilə bu yekun görüşün yeri kimi Burqundiya hersoqlarının tarixi iqamətgahı və Burqundiya şərablarının paytaxtı olan Bon seçilib.

2005-ci ildən Almaniya hökumətinə rəhbərlik edən Merkel son 16 ildə Fransanın 4 prezidenti ilə həmsöhbət olub.

Alman siyasətçinin Fransaya vida səfərini ailəvi görüş xarakteri daşıyıb, kansleri həyat yoldaşı Yoahim Zauer müşayiət edib, Fransa prezidenti isə qonaqları xanımı Brijitlə birlikdə qarşılayıb. “Agence France-Presse” iki ölkə lideri arasında münasibətlərin isti olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə