İtaliyada işsizlik səviyyəsi 9,2 faizə enib

İtaliyada işsizlik səviyyəsi sentyabr ayında 9,2 faizə geriləyib.

SIA xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, avqustda 9,3 faiz olan işsizlik səviyyəsi sentyabrda 9,2 faizə enib.

Avqust ayında 28 faiz təşkil edən 15-24 yaşlarında gənclərin işsizlik nisbəti isə sentyabrda 29,8 faizə yüksəlib.

Sentyabrda avqust ayı ilə müqayisədə ölkədə 0,3 faiz artımla 59 min yeni iş yeri yaradılıb. Ötən ilin sentyabr ayına nisbətən bu artım 1,2 faiz və 273 min yeni iş yeri olub. Ölkədə məşğulluq nisbəti isə 58,3 faizə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə