“Yahoo” Çin bazarından çəkildi

Tanınmış Amerika e-mail internet şirkəti “Yahoo” "qanunən çalışılan sahələrdə artan çətinliklər üzündən" Çin bazarından çəkilmə qərarı aldı. SİA bu barədə rus mətbuatına istinad edir.

Şirkətdən edilən şərhdə bildirilir: “İnternet xidmətlərinə 1 noyabrdan etibarən Çin əsas xəttindən daxilolma təmin olunmur. Bu səbəbdən şirkət Çin internet bazarından çəkilmə qərarı verdi”.

Qeyd edək ki, “Yahoo”nun bu qərarı Çin Fərdi Məlumatları Qoruma Qanununun 1 noyabrda qüvvəyə minməsindən sonra verilib.

Çindəki qanuni tənzimləmələrə görə, internet şirkətlərinin istifadəçi məlumatlarını səlahiyyətlilərlə paylaşma zərurəti var.

Xatırladaq ki, “Yahoo” 2007-ci ildə iki Çin müxalif məlumatlarını hökumətə verərək həbsə atılmalarına səbəb olduğu üçün Amerika Birləşmiş Ştatları Konqresi üzvləri tərəfindən tənqid olunmuşdu. Bundan sonra şirkət Çindəki fəaliyyətlərini azaltmış, 2015-ci ildə paytaxt Pekindəki ofisini bağlamışdı.

“Microsoft”un malik olduğu insan qaynaqları saytı “Linkedin” də oktyabrda Çindəki platformasının sosial şəbəkə qisimini bağlamağa qərar vermişdi.

Bundan başqa, Çində “Google”, “Facebook” və “Twitter” kimi ABŞ şirkətlərinin də internet və sosial media xidmətlərinə daxil olmasına maneə törədilir.

Bütün xəbərlər Facebook səhifəmizdə