Meksikada polis narkotik kartelləri arasında toqquşmaların baş verdiyi Miçoakan ştatında güllələnmiş 11 kişi cəsədi tapıb.
SİA-nın xarici mətbuata istinad etdiyi xəbərinə görə, Meksikanın Miçoakan ştatı sərhədində yerləşmiş Tarekuato qəsəbəsi yaxınlığında, yaşları 15-36 arasında olan güllələnmiş 11 nəfərin cəsədi tapılıb.
Cinayətin bazar ertəsi axşam saatlarında törədildiyi təxmin edilir. Hadisə yerində bir yük maşını və üç motosikletin tapıldığını bildirilir. Öldürülən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB