Nigeriyada vəba epidemiyasının səbəb olduğu ölüm sayı yeni növ koronavirusdan ölənlərin sayından daha çoxdur.
SİA türk mətbuatına istinad edərək Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) yeni direktoru Doktor Ifedayo Adetifa bu barədə məlumat yaydığını bildirib. O qeyd edib ki, ölkədə vəba epidemiyası, Covid-19-dan daha çox insanı öldürür. Rəsminin sözlərinə görə ölkədə Yanvar ayından bəri 33 ştatda, eləcə də paytaxt Abucada 90 mindən çox vəba xəstəliyi aşkar edilib. Bunlardan 3 min 800-dən çoxu həyatını itirib. Lakin ötən ildən bəri ölkədə 211 961 nəfər Covid-19-a yoluxub və bunlardan 2 896-sı ölüb. Bu da Vəba epidemiyasının sürətlə yayıldığını göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB