Sərhədlərin delimitasiyası qaçılmazdır - Erməni nazir

Sərhədlərin delimitasiyası qaçılmazdır - Erməni nazir

Sərhədlərin delimitasiyası və demarkasiyası lazımdır, hətta qaçılmazdır. SİA xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan deyib.

Onun sözlərinə görə, sərhədlər dəqiqləşdirilməlidir: “Bu, ölkəmizin inkişafını təmin etmək üçün də lazımdır”.

Q.Sanosyan sərhədlərin hansı xəritəyə əsasən aparılacağının hələ məlum olmadığını da qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə